BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
28922
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türkdilli ölkələrdən olan jurnalistlərin qardaş ölkəyə növbəti səfəri reallaşıb. Bu dəfə media təmsilçiləri İstanbul, Sakarya və Bolu şəhərlərinə səfər edib. 29 may - 1 iyun tarixlərini əhatə edən səfərdə 4 türkdilli ölkədən - Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan jurnalistlər iştirak edib.
 
Səfərin ikinci günündə türkdilli ölkələrdən olan jurnalistlər Sakaryanın turizm bölgəsi olan Sapancaya səfər edib.
 
Sapanca Sakarya vilayətinə daxil olan bir rayondur. Şimalda Sapanca gölü, şərqdə Arifiye, cənubda Samanlı Dağları, Geyve və Pamukova rayonları, qərbdə İzmitlə sərhəddir. Sahəsi 119 km², dəniz səviyyəsindən hündürlüyü 36 m-dir. Sakaryanın ən kiçik səth sahəsinə və ən yüksək əhali sıxlığına malik rayonudur.
 
İqlimi Aralıq dənizi iqlimi ilə Qara dəniz iqlimi arasında keçiddir. Ən çox yağıntının olduğu fəsil qış, ən az yağıntı isə yaydır. Yayı isti və quraq keçir, nisbi rütubət yüksəkdir. Burada qeydə alınan ən aşağı temperatur -11.2, ən yüksək temperatur isə 40.2 dərəcə olub.

Sapancada hər an hava dəyişikliyinin şahidi ola bilərsiniz. Anidən yağış yağır, qısa müddət sonra Günəş görünür və ya qat duman ətrafı bürüyür.
 
Bilinən yazılı sənədlərə görə, eramızdan əvvəl 1200-cü ildə Frigiyalıların bölgəyə gəlişi ilə bir yaşayış məntəqəsi kimi qeyd edilən Sapanca, gerçək mənada eramızdan əvvəl 378-ci ildə Bitiniya Krallığı tərəfindən qurulub. İlk dəfə 391-ci ilə aid bir Lazca mənbədə Siphonensis Lacus adına rast gəlinir. Rayon Şərqi Roma İmperiyası dövründə Buanes, Sofhan və Sofhange adlanırıb.
1075-ci ildə Anadolu səlcuqlarının Sapanca və ətrafına gəlişi ilə bölgə Ayan və Ayanköy adlandırılmağa başlayıb. Səlib yürüşlərindən sonra bölgə yenidən Bizansa keçib.
 
Sapanca gözəl təbiəti və iqlimi ilə Türkiyənin ən çox turist cəlb edən bölgələrindən biridir. Ətraf şəhərlərə, xüsusən də İstanbula, gölə və yaşıllığa yaxın olması səbəbindən son vaxtlar qısa müddətli tətillər üçün rayona üstünlük verilir. Xüsusilə gölün ətrafında qurulan turizm obyektləri ilə gəlirlər günü-gündən artır. 1999-cu ildə baş verən zəlzələdən sonra göl kənarındakı obyektlərin yararsız hala düşməsi nəticəsində tənəzzülə uğrayan rayonda turizm son illərdə canlanmağa başlayıb. Xüsusilə rayon ətrafında Maşukiye və Kırkpınar kimi yaşayış məntəqələrində çoxlu istirahət kəndləri və bağ evləri yaradılıb. 
Son illərdə inkişaf edən digər bölgə Maşukiye yaxınlığındakı Samanlı dağlarının ən hündür yeri olan Kartepedir. Burada yaradılan yeni obyektlərlə qış turizmi də inkişaf etməyə başlayıb.
 
Tarixə abidələrə üstünlük verən turistlər burda Bizans sarkofaqları və qəbir daşları, Vecihi qapısı, Rəhimə Sultan, Rüstəmpaşa, Həsən Fehmi Paşa və Cədid məscidlərini ziyarət edə bilər.
 
2020-ci ilin siyahıya alınmasına əsasən, Sapanca əhalisinin sayı 43.018 nəfərdir. 
 
 
Son illər ərzində həyata keçirilən layihələrlə Sapanca bir fəsil deyil, ilin 365 günü turistləri qəbul edə bilir. Bunun nəticəsidir ki, yay aylarında və həftə bölgədə əhalinin sayı 3-4 dəfə artır. 
 
Sapanca son illər ərəb turistlər üçün də cazibə mərkəzinə çevrilib. Dəniz və istiyə üstünlük verməyən minlərlə ərəb hər gün gözəl təbiəti ilə insanı valeh edən Sapancaya üz tutur. 
 
Pərvin
Qaynarinfo.az
 


















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliya avstriyalı milyarderi həbs etmək istəyir

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin