BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
28772

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs tərəfindən aprelin 5-də elan edilən tenderin nəticələri və qalibi açıqlanıb.

Bizim.Media xəbər verir ki, “Yeni yük avtomobillərinin, həmçinin mövcud yük avtomobilləri üçün arxa hidravlik liftlərin” satın alınması tenderinin qalibi “Az-Tex-Import” MMC (VÖEN - 2004502101) olub. 

Yaxın günlərdə tərəflər arasında imzalanacaq 2 milyon 369 min manatlıq satınalama müqaviləsinin şərtlərinə əsasən, şirkət Dövlət Agentliyi üçün 10 ədəd soyuducu tipli yeni yük avtomobilinin və yük avtomobilləri üçün 10 ədəd yük götürmə qabiliyyəti 2 ton olan mövcud arxa hidravlik liftin alınmasını həyata keçirəcək. 

Qeyd edək ki, “Az-Tex-Import” MMC 19 ilul 2017-ci ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 226 min 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev-2347/48, qanuni təmsilçisi isə İbadullayev Samir Sahib oğludur. İnternet resurslarında apardığımız araşdırma zamanı şirkətin əslində keçmiş ƏƏSM naziri Füzuli Ələkbərova məxsus olduğu ilə bağlı məlumatlara rast gəldik.

Bildirək ki, Samir İbadullayev “Arletta” MMC adlı başqa bir şirkətin qanuni təmsilçisidir. Amma həmin şirkət 6 oktyabr 2016-ci il tarixdə yaradılıb və hüququ ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib. 

2017-ci ildə yaradılan şirkət 2010-cu ildən iş başındadır

“Az-Tex-Import” MMC 19 iyul 2017-ci ildə dövlət qeydiyyatına alınsa da, 2020-ci ilin apel ayından başlayaraq ilin sonuna qədər 10 tenderin qalibi olub və ümumi dəyəri 14 milyon 209 min 762 manat olan satınalma müqavilələri imzalayıb. Bu müqavilələrin səkkizi Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan idarə və müəssisələrlə, birini Bakı Nəqliyyat Agentliyi, digərini isə “BakuBUS” MMC ilə bağlayıb. 

Şirkət 2021-ci ilin mart ayında Əmanətlərin Sığortalanması Fondunu (ADIF) məhkəməyə verib. Bank əmanəti və bank hesabatı müqavilələri ilə bağlı yaranan mübahisələrin həll olunması işinə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmənin necə bitməsi ilə bağlı isə heç bir məlumat yoxdur. 

Şirkət 26 noyabr 2022-ci ildə Kommunal Xidmətlər Müəssisəsinin 995 min manat dəyərindəki "Nəqliyyat və xüsusi texnikaların satınalınması" tenderinin qalibi seçilib. Bu ilin mayın 2-də isə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ-nin “nəqliyyat və xüsusi texnikaların alınması” ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Və tərəflər arasında 965 min 962 manatlıq tender müqaviləsi imzalanıb.

“Az-Tex-Import” MMC dövlətdən də dəstək alır

Diqqətə çatdıraq ki, mayın 4-də isə “Az-Tex-Import” MMC-yə daxil olan “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Cəbrayıl rayonundakı  “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan, mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını nəzərdə tutan zavodun təməli qoyulub. 

“Az-Tex-Import” MMC tərəfindən isə Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsini həyata keçiriləcək. 

Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Rusiyada miqrantlar smartfonlar vasitəsilə izləniləcək

Əsassız varlanan şəxslərlə bağlı Ali Məhkəmədən qərar

“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi

Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin