BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
28465

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında fövqəladə vəziyyətin bitdiyini açıqlayıb. Amma buna baxmayaraq, Azərbaycanda müayinə üçün xəstəxanalara müraciət edən xəstələrdən koronavirus infeksiyasına qarşı testin verilməsi tələb olunur. 

Mərkəzi Gömrük Hospitalına müraciət edən ürək xəstəsi Qaynarinfo-ya açıqlamasında bildirib ki, ondan xəstəxanada məcburi qaydada COVID testindən keçirilməsi tələb olunub: 

"Ürəyimdə problem var, bu məqsədlə xəstəxanaya müraciət etdim. Orada məndən analiz nümunələri götürülərkən koronavirus infeksiyasına qarşı testdən keçməyimi tələb etdilər. Dedim ki, bütün dünyada pandemiya bitib, koronavirus testi kimə və nəyə lazımdır? Onlar yenə də bu testdən keçməyimi istədilər. Mən də məcbur olub koronavirus testi verdim və buna görə xəstəxananın hesabına 30 manat pul köçürdüm. Ürəyimin koronavirusla nə əlaqəsi var? Testi verəndə həmin otağın qarşısında 30-dan çox xəstə növbəyə dayanmışdı, hamısı da deyinirdi və bu testdən keçmək istəmədiklərini bildirirdilər”. 

Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq. Oradan Qaynarinfo-ya bu gün xəstələrdən koronavirus testinin götürüldüyü bildirilib: 

"Portala qeydiyyata düşmək üçün götürülən yaxma nümunəsinin testi 65, ekspers analiz isə 37 manatdır. Ekspres testi portala düşmür, COVID olub-olmadığını göstərir. Müayinəyə gələn xəstələrdən test tələb olunmur, xəstə özü istəyirsə, bu analizdən keçə bilər”. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qaynarinfo-ya bildirllib ki, Mərkəzi Gömrük Hospitalı bu quruma tabe deyil. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin