“Ziraat Bank”ın əməliyyat mənfəəti 70 faizə yaxın azalıb
“Ziraat Bank Azərbaycan” əməliyyat mənfəətini, aktivlərinin və kapitalının gəlirliyini və xalis faiz gəlirini azaldıb.
Valyuta.Az bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, “Ziraat Bank”ın faiz gəliri 21 milyon 302 min manat azalaraq 10 milyon 194 min manata, faiz xərcləri isə 4 milyon 582 min manat azalaraq 2 milyon 518 min manata enib. Buna görə də bank 6 milyon 957 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 15 milyon 582 min manat azdır.
Qeyri-faiz gəlirini 9 milyon 844 min manat azaldaraq 3 milyon 335 min manata, qeyri-faiz xərclərini isə 12 milyon 229 min manat azaldaraq 4 milyon 554 min manata salıb. Buna görə də bankın əməliyyat mənfəəti 13 milyon 198 min manat və ya 69.7 faiz azalaraq 5 milyon 738 min manata düşüb.
“Ziraat Bank”ın aktivlərinin gəlirliyi (ROA) 0.9 faiz azalaraq 0.5 faizə düşüb. Bankın kapitalının gəlirliyi (ROE) isə 4.1 faiz azalaraq 3 faizə enib.
Qeyd edək ki, Türkiyənin dövlət bankının məcmu kapitalı 4 milyon 302 min manat artaraq 106 milyon 695 min manat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay