Dünya Bankı "Doing Business"i "Business Ready" ilə əvəzləyir
Dünya Bankı Qrupu "Business Ready" (B-Ready)"Doing Business" Layihəsinə start verir.
"APA-Economics" xəbər verir ki, dərci dayandırılmış "Doing Business" hesabatını "Business Ready" əvəz edəcək və ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. Qeyd edilib ki, 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "Business Ready" hesabatı 54 iqtisadiyyatı əhatə edəcək.
Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay