BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
28004

Rabitəbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ianə etmişdir.

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə Biləsuvar şəhərində təhsil alan Şəhid və Qazi ailələrinin övladlarını öz diqqət və qayğısı ilə sevindirib.  Belə ki, “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin təhsil kompleksini ziyarət edərək, orada təhsil alan Şəhid və Qazi ailələrinin övladları ilə görüş keçirib. 

Tədbirdə Orhan Gültekin çıxışında bildirib ki, “Rabitəbank rəhbərliyi daima torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar məhz bu gün burada olmağımızın əsas səbəbidə budur və bizə əmanət edilən, gələcəyimiz olan övladlarımızın təhsili ilə yaxından maraqlanmaq və dəstək olmaqdır.”

“Təhsil kompleksimiz yarandığı gündən etibarən keyfiyyətli təhsil, şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, müstəqil həyata hazır intellektuallar yetişdirmək və s kimi dəyərləri əsas götürüb. Bunun fonunda kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Bu yolda bizə Rabitəbank hər zaman öz dəstəyini göstərib”  - deyə, kompleksin rəhbəri Aqşin Bağırov bildirib.

Qeyd edək ki, cari tədris ilində Kompleksdə 27 Şəhid övladları, 15 nəfər isə Azərbaycan Respublikası Ərazi Bütövlüyü Uğrunda Əlil olan şəxslərin övladları Bağça-Hazırlıq qrupu və I-XI  sinifləri üzrə təhsil alır.

Bu, Rabitəbankın sözügedən istiqamətdə atdığı ilk addım deyil. Yarandığı gündən etibarən, müxtəlif dövrlərdə təhsil kompleksinə ianələr edərək, buranın şagirdlərinə qayğı göstərib, öz dəstəyini əsirgəməmişdir. 

Qeyd edək ki, Rabitəbank bundan öncə Bakının Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə məktəblilərlə görüş keçirmiş, məktəblərdə təhsilinin inkişafına dəstək göstərərək, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə etmişdir.

Bank eləcə də, müxtəlif dövrlərdə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürmüşdür. 

Bank tərəfindən illərdir həyata keçirilən “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş Qazi və Şəhid ailələri ilə görüş keçirilib və onlara müxtəlif formalarda yardımlar edilib. Bundan əlavə, bank 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı və geniş ictimaiyyətə çatdırdığı “Ata vəsiyyəti” adlanan videoçarxında 1-ci Qarabağ müharibəsində Qazi olmuş ataların övladlarını necə vətənpərvər ruhda böyütməsi və onların Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olması üçün göstərdikləri şücaət tərənnüm olunub.

“Rabitəbank” bu addımın timsalında öz ənənələrinə sadiq qalaraq, bu cür  təşəbbüskar aksiyalarını davam etdirəcək.

Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. 

Rabitəbank – rahat bankçılıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin