BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
28002

Məlum olduğu kimi, bu gün “Azersky” - Yerin məsafədən müşahidə peyki ilə məlumat mübadiləsi dayanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırdığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz “Azersky”ın kiberhücum, yoxsa meteoritlə toqquşma səbəbindən vaxtından tez fəaliyyətini bitirməsi ilə bağlı ehtimallarını irəli sürüb: “Azərkosmos açıqlama yayıb ki, “AzerSky” peykimiz fəaliyyətini vaxtından tez bitirib. Peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da, “AzerSky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.

Görəsən nə baş verib? Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir.

“AzerSky” yerin müşahidəsi baxımından, həmçinin, açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı”.

O. Gündüz qeyd edib ki, “Azərkosmos” ehtimal olaraq, müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürdüyünü açıqlayıb: “Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.

Kiberhücum olubmu? Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də, nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda, bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Həmçinin, güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.

Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi”.

Ekspertin sözlərinə görə, kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır: “İstənilən halda, fikrimcə, səlahiyyətli qurumlar və kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücumu araşdırması məntiqli və doğru olardı. Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.

Yəni, hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır. Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin