Bank
19.04.2023 / 11:20
Bu bankın Müşahidə Şurasında yeni sədr seçildi
27953
“Muğan Bank” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibi dəyişib.
Bu barədə "APA-Economics"in sorğusuna əsasən bankdan bildirilib.
Məlumata görə, Bankın səhmdarlarının yeni qərarı ilə “Muğan Bank”ın Müşahidə Şurasının yeni sədri Munir Vəliyev təyin edilib.
Müşahidə Şurasının keçmiş sədri Elmir Mehdiyev MŞ-nin üzvü seçilib. MŞ-nin keçmiş üzvləri Urfan Göyüşov və Şaiq Ələkbərov Elmir Mehdiyevin müşavirləri təyin edilib. Ramiz Dadaşov, Teymur Məmmədov və Amil Vəliyev Bankın Müşahidə Şurasında yeni üzv seçilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay