BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
27903

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il yanvarın 26-dan notları ilə bağlı hərraclara fasilə versə də, bu gün sükutu pozdu.

Məlum oldu ki, qurum bundan sonra banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə də onun qısamüddətli notlarına sahib olmaq imkanı yaradıb. Amma bu, müəyyən limitlər çərçivəsində olacaq.

Limitlər bankların likvidlik mövqeyində, qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək üçün tətbiq edilir. AMB-də hesab edirlər ki, qisamüddətli notların məbləğinin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək.

"Report" mövzunu kapital bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri Cəfər İbrahimli deyir ki, AMB-nin notlarının investor bazasının genişləndirilməsi qiymətli kağızlar bazarı üçün mühüm yenilikdir, bu addım bazarın böyüməsinə ciddi təkan verəcək: "Bundan sonra şirkətlər cari hesablarındakı vəsaitləri qısa müddətə AMB-nin notlarına yatıra biləcəklər. Onlara 28 günlük və 3 aylıq qiymətli kağızlara investisiya qoymaq, faiz gəlirləri əldə etmək imkanı yaradılıb. Notlar ölkənin ən likvid kağızlarıdır. İstənilən an qiymətli kağızı satıb pulu geri almaq mümkündür. Şirkətlər bu işə başlamaq üçün ilk öncə Azərbaycandakı investisiya şirkətlərinin biri ilə müqavilə bağlamalıdır. Müqavilə bağlanılan gün ərzində hesablar aktivləşdirilir, Milli Depozit Mərkəzində hesablar açılır və investorlar istədikləri zaman AMB-nin not hərraclarına qatıla bilərlər".

Kapital bazarı üzrə digər ekspert Pərvanə Qasımova da hesab edir ki, AMB-nin qərarı özəl şirkətlərə və bazara böyük imkanlar qazandıracaq: “Ümumiyyətlə, ilk növbədə notların mahiyyətinə aydınlıq gətirmək doğru olardı. Onlar pul siyasətinin tənzimlənməsi üçün istifadə olunan qısamüddətli qiymətli kağızlardır. Bu günə qədər hərraclarda yalnız banklar iştirak edə bilirdisə, dəyişiklikdən sonra not hərraclarında həm də qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də iştirak edə biləcəklər. Notlar qısamüddətli aktiv olduğu üçün bu özəl şirkətlərin hesablarında olan vəsaitlərin qısamüddətli olaraq yerləşdirilməsi və gəlir əldə edilməsi üçün böyük fürsətə çevriləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki, qərar həm də bazarda aktivliyi artıracaq. Bu isə şirkətlərin kapital bazarının bütün imkanları ilə tanış olması ilə baş verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin