BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
27865

Halştat – Avstriyada kiçik kənddir. Turistik kəndə çatmaq həm qiymət, həm yol baxımından asan deyil, lakin hər il minlərlə turist burada olmağı xəyal edir. Bu gün turistlər Halştata həm ictimai nəqliyyat, həm də şəxsi avtomobillərlə çata bilirlər.

Çox vaxt qəsəbəyə Zalsburq şəhərindən gəlirlər, çünki şəhərlərarası məsafə cəmi 70 km-dir. Vyanadan (290 km), Münhendən (208 km) və İnsburqdan (250 km) Halştata çatmaq daha çox vaxt aparsa da, turistlər bu məsafəni məmnuniyyətlə qət edirlər. Halştat dəmiryolu stansiyası gölün əks sahilində yerləşir. Stansiyadan Halştata çatmaq üçün bərədən istifadə etmək lazım gəlir (gediş haqqı bir tərəfə 3 avro). Turistlər bərə cədvəlləri ilə qabaqcadan tanış olduqda sahildə çox vaxt itirmirlər.

Halştat şəkillərdəki və turistlərin rəylərindəki kimi gözəldir. Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər kəndi Dünyanın Ən Gözəl Kəndləri Assosiasiyasına üzv edib. Kənd həmçinin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. 

Unikal və inanılmaz abı-hava

Kəndə ilk tarixi istinadlar 14-cü əsrə aparıb çıxarır. Bu, yaşayış məntəqəsinin ticarət yollarından uzaq olması ilə əlaqədardır. 19-cu əsrə qədər Halştat ilə birbaşa əlaqə yox idi, kəndə yalnız qayıqla çatmaq olardı. Kənd indi də qədim duz mədənləri ilə məşhurdur. Burada üç min ildir ki, duz çıxarılır.

Halştat sakinləri unikal və orijinal mədəniyyətləri ilə tanınırlar. Arxeologiyada eramızdan əvvəl - dəmir dövründə mövcud olmuş “Halştat mədəniyyəti” anlayışı var. Romalıların hakimiyyəti dövründə şəhər dəyişib: yeni evlər və küçələr tikilib. 3-cü əsrdən xristianlıq Halştat memarlığına töhfə verib.

Avstriyanın bu balaca kəndi turistləri o qədər heyran edir ki, Çindən gələn qonaqlar onun bir oxşarını Quandun əyalətində tikmək qərarına gəliblər. Əvvəlcə Avstriya hökuməti bu fikrin əleyhinə olub, lakin layihənin həyata keçirilməsindən sonra turist axını dəfələrlə artıb. Bu da Avstriya attraksionunun maliyyə vəziyyətinə müsbət təsir edib. Hazırda qəsəbəyə hər gün çinli turistlərin böyük axını var. Halştata səyahətimiz zamanı diqqətimizi çəkən məqamlardan biri də məhz çinlilərin bura axını oldu.

Təbiətlə harmoniyada

Halştata avtomobillə daxil olduqda maşını tunellərdə təşkil edilmiş dayanacaqlarda saxlamaq lazımdır. Bizi nağıl kəndə şəxsi avtomobili ilə aparan Avstriya Azərbaycan Evinin rəhbəri Fərid Əzizov “Halştatda başqa ölkə vətəndaşlarına ev satılmır. Nə qədər varlı insan da olsa, bu kənddə ev ala bilməz”, - deyə kənd haqqında maraqlı faktlar danışdı.  

Halştat ilin istənilən vaxtında turistləri qonaqpərvərliklə qarşılayır. Qışda Alpın qarlı mənzərələri necə füsunkar görünürsə, yaz-yay aylarında yamyaşıl meşələrin cazibəsi, payızda isə xəzanı turistləri sehrinə alır.

Hazırda Alp dağları hələ əriməyən qar mənzərələri ilə gələnləri heyran etməkdədir. Halştat insanların təbiətlə harmoniyada yaşadığı bir kənddir. Bura adamı təkcə tarixi və memarlığı, görməli yerləri ilə deyil, sivilizasiyadan təcrid olunma, sakitlik və əmin-amanlıq hissi ilə heyran edir. Halştat - açıq təbiət muzeyidir.

Avropanın ən qədim kəndi

Halştatın tarixi hissəsi cəmi iki küçədən ibarətdir, onlardan birini tamamilə piyada gəzməlisən. Sıldırım pillələr tunellərdən düz kəndə aparır. Kəndin əhalisi 1000 nəfərdir. Sahil xətti o qədər dardır ki, relsləri qayalıqlarda salınmış xüsusi tunellərə aparmağa məcbur olublar. Stansiya qarşı sahildə tikilib, bu da boş yerin olmaması ilə bağlıdır. Əhalinin ən orijinal ənənələrindən biri boş yerin olmaması ilə bağlıdır ki, ölülər dəfn edildikdən sonra qəbirlər qazılır, qalıqlar xüsusi emal olunaraq məbəddə təşkil edilmiş ossuariyə təhvil verilir. Ossuariyə giriş pulludur - 1,50 avro.

Tarixçilərin fikrincə, Halştat Avropanın ən qədim kəndidir. Qəsəbənin tarixi hissəsi köhnə barok binalar, taxta evlərdən ibarətdir. Pəncərələri və eyvanları təzə çiçəklər bəzəyir. Görünür, yerli sakinlər evləri bəzəməkdə bir-biri ilə rəqabət aparırlar - dekorasiya, güllər və hər cür digər xırda aksesuarlar ən xırda detallarına qədər düşünülür. Səhər tezdən küçələrdə gəzməyə çıxanlar Halştatın sükutundan, quşların nəğməsindən və heyrətamiz abı-havasından həzz ala, Halştat gölündə qu quşlarını yemləyə bilirlər. Səhər saat 10-dan sonra küçələr turistlərlə dolur və tarixi görməli yerləri gəzmək çətinləşir. Turistlərin səfərdən sonrakı təəssüratlarını oxumaq da maraqlıdır: “Deyəsən, qayalarla əhatə olunmuş kənddə, düz qayaların üstündə tikilmiş rəngarəng evlərdə nağıl məxluqları yaşayır...” Kəndi “Romantiklər üçün cənnət” də adlandırırlar.

İldən-ilə artan populyarlıq

Halştata gələnlər duz mədəninə (Salzwelten) də səyahət edirlər. Bu həyəcanlı bir ekskursiyadır və qonaqlar duz hasilatının tarixi ilə tanış olur, mağaraları gəzir, videolara və lazer şousuna baxır, həmçinin mədənçilərin hərəkət üçün istifadə etdikləri taxta arxlar boyunca gəzintiyə çıxırlar.

Turistlər avarlı və motorlu qayıqlarla göldə səyahət həzzindən imtina etmirlər. Göl boyu gəzərkən qu quşlarına yem verir, yaxınlıqdakı Obertaun qəsəbəsi, çimərliklər, “5 Fingers” müşahidə göyərtəsi, həmçinin dağ silsiləsi ilə tanış olurlar.

Kəndin “Market meydanı” (Hallstätter Marktplatz) – mərkəzi hissə sayılır və burada çoxsaylı kafe, restoran, otel və suvenir mağazaları var. Bütün əsas tədbirlər - yarmarkalar, konsertlər, xalq şənlikləri məhz burada keçirilir.

Halştat Muzeyi (Welterbemuseum Hallstatt) - qonaqları 7000 il geriyə apararaq, qəsəbənin və duz mədənlərinin hekayəsini nümayiş etdirir. Muzeyə giriş biletinin qiyməti 8 avrodur.

Qış aylarında Halştatda xüsusi Milad abı-havası olur, bayram bazarları açılır, yarmarkalar təşkil olunur. Turistlər xizək sürməyə, kanatlara minməyə gəlirlər.

Buraya səyahət edənlərin qala biləcəyi yerlərin sayı ildən-ilə artır. Halştatda bir gecə qalmaq üçün qiymətlər 100-120 avrodan başlayır. Buna görə də bir çox turist qonşu Obertraunda qalır. Orada otellərdə qiymətlər bir neçə dəfə aşağıdır. Çox vaxt yerli sakinlər evlərinin yuxarı mərtəbələrini icarəyə verirlər və bəzən yaşamaq üçün bütöv bir ev də tapmaq olur.

Alp dağlarının əzəmətli zirvələri ilə “Halştat gölü”nün  təmiz suları arasında gizlənən füsunkar şəhərə – Halştata səfər edənlər eynən bizim kimi: “Bura yenidən qayıdacağıq” deyirlər… 

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin