BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
27848

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari avtosığorta üzrə komisyon haqqların tamamilə dayandırması ilə bağlı agentlərin şikayətlərinə cavab verib.

APA-nın  əldə etdiyi məlumata görə, AMB-nin baş direktoru Ziya Əliyev sığorta agentlərinin müraciətinə cavab olaraq bildirib ki, sığorta məhsullarının satışı üzrə xidmətlərinə görə sığorta vasitəçilərinə ödənilən komisyon muzdlar bazar prinsiplərinə uyğun olaraq sığortaçı ilə sığorta vasitəçiləri arasında sərbəst razılaşma yolu ilə bağlanan müqavilə əsasında formalaşır. Qanun çərçivəsində bağlanan müqavilə şərtlərinin formalaşdırılmasında tərəflər sərtbəstdirlər.

O qeyd edib ki, sığorta bazarının mühüm iştirakçılarından biri olan sığorta vasitəçiləri institutunun təkmilləşdirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının hədəflərindən birini təşkil edir: " Sığorta vasitəçilərinin, o cümlədən sığorta agentlərinin sığorta bazarının genişlənməsində rolunun gücləndirilməsi məqsədilə onların sığorta sahəsində müasir bilik və bacarıqlarının inkişafı Mərkəzi Bankın prioritet istiqamətlərindən biridir. Son 3 il ərzində Mərkəzi Bank tərəfindən 111 sığorta vasitəçisinə, o cümlədən 97 sığorta agentinə müvafiq lisenziya verilmişdir. Həmçinin, sığorta vasitəçilərinin bazarda rolunun daha ətraflı qiymətləndirilməsi imkanının yaradılması məqsədilə onların Mərkəzi Banka təqdim etdiyi hesabat formaları təkmilləşdirilib. Sığorta xidmətlərinin satışını həyata keçirən mütəxəssislər üçün sığorta sahəsində müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə Mərkəzi Bank tərəfindən intensiv tədris, inkişaf proqramları işlənilməkdədir və yaxın gələcəkdə də həmin proqramların mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub. Sığorta vasitəçiləri sığorta xidmətlərinin əlçatanlığının təmin olunması, əhalinin və biznes nümayəndələrinin sığorta savadlığının yüksəlməsi, bütövlükdə sığorta bazarının iqtisadiyyatda nüfuzetmə göstəricisinin dərinləşməsi baxımından mühüm rola malikdirlər".

Ziya Əliyev bildirib ki, sığorta bazarının peşəkar iştirakçıları kimi sığorta vasitəçilərinin də bazarın dinamik dəyişən şərtlərinə, xüsusilə rəqəmsal texnologiyaların sürətli tətbiqi şəraitində sürətlə yenilənən bazar imkanlarına və biznes çağırışlarına çevik uyğunlaşmaları vacibdir. "Hazırda sığorta bazarının genişlənməsi potensialının reallaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən strategiya sığorta vasitəçilərinin inkişafı üçün də yeni imkanlar yaradacaqdır"- AMB-nin baş direktoru əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin