BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
27586

“Forbes” jurnalı Rusiyadan olan altı nəfəri dünya milyarderləri reytinqinə daxil edib. 

Yeni milyarderlər arasında əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov da var.

O, “Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Seyfəddin Rüstəmov haqqında qısa məlumat: O, 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.

“Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

“Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.//Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin