BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
27568

Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar müşahidə edilir. Bu, özünü həm manatla, həm də xarici valyutalarla verilən kreditlərdə göstərir.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

"Əvvəlcə koronavirus (COVID-19) pandemiyası, daha sonra isə Rusiya-Ukrayna müharibəsi iqtisadi sahədə riskləri artırdı və bu, bankların kredit siyasətinə təsir göstərdi, kreditlərin şərtləri sərtləşdirildi. Ötən ilin sonundan bu istiqamətdə müsbət meyllər müşahidə olunur. Pandemiyanın əksər ölkələrdə 2022-ci ildə bitmiş hesab edilməsi və bir sıra karantin tədbirlərinin aradan qaldırılması Azərbaycan daxilində də müəyyən sektorlarda fəaliyyətin canlanmasına və bu istiqamətdə bankların qiymətləndirmələrinin müsbətə doğru dəyişməsinə gətirib çıxardı. İctimai iaşə, yerləşdirmə, səyahət, regionlararası nəqliyyat sferalarında biznesin vəd etdiyi gəlirlilik səviyyəsi yüksəldi. Bunu da banklar öz siyasətlərində dəyərləndirirlər. Yumşalmalar da bununla bağlıdır", - deyə o qeyd edib.

R.Həsənov deyir ki, Azərbaycan banklarının likvidliyi kifayət qədər yüksək olduğundan öz vəsaitlərini bazarda yerləşdirə bilmirlər: "Bu da arzuolunan hal deyil. Odur ki, banklar biznes kreditlərinin şərtlərini həm də məcburən yumşaldır. Bu, xüsusilə kreditlərin faizlərində hiss olunur. Düzdür, hələ ki, azalma kifayət qədər deyil, amma bu tendensiya davam edə bilər. Çünki, banklar öz vəsaitlərini bazarda yerləşdirməyə çalışırlar. Bu da rəqabəti qismən də olsa artırır. İndiki halda biznes kreditləri üçün təklif edilən faiz dərəcəsi orta hesabla 9,8 %-dir. Azərbaycan Mərkəzi Bankı bunu müəyyən edərkən bütün kreditlərin, o cümlədən dövlət vəsaitləri hesabına verilən güzəştli kreditlərin faizlərini nəzərə alır. Buna görə də səsləndirilən orta faizlər real bazarda olduğundan daha aşağı görünür. Bu bizə dinamikanın hansı istiqamətdə dəyişməsi ilə bağlı bir mesaj verir”.

Onun sözlərinə görə, kredit faizlərinin azalmasına paralel olaraq kreditlərin ümumi məbləği artmaqdadır: "Əgər 2022-ci ilin əvvəlində biznes krediti portfeli 8,5 milyard manat ətrafında idisə, bu gün 9 milyard manatdan çoxdur. İnşaat, nəqliyyat, ictimai iaşə və ticarət sektorlarında kreditləşmə daha sürətlə genişlənməyə başlayıb. Kənd təsərrüfatı, mədənçilik sahələrində isə təəssüf olsun ki, zəif də olsa geriləmə müşahidə edirik. Bu da iqtisadiyyatın strukturundakı dəyişikliklər, eyni zamanda müraciətlər, mənfəət norması, bankların müştəri kontingenti və s. amillərin təsiri ilə formalaşır”.

Maliyyə eksperti Xalid Kərimli də deyir ki, Azərbaycanda biznes krediti almaq asanlaşıb və bu, portfelin tərkibində də özünü göstərir: “Əgər 2019-cu ildə kredit portfelinin 60 %-ni biznes kreditləri təşkil edirdisə, hazırda bu göstərici ondan çoxdur. Bankların biznes kreditlərə önəm verməsinin bir neçə səbəbi var. Biznes kreditləri əsasən istehsalı stimullaşdırır. Bu da qarşıya qoyulan əsas vəzifələrdən biridir. 2022-ci ildən başlayaraq bankların istehlak kreditləri verməsi üçün ciddi tələblər ortaya qoyulub. Yəni, banklar əllərindəki resursları istehlak kreditlərinə rahat yönəldə bilməyəcəkləri üçün biznes kreditlərə yönəlməyə məcburdurlar. Son nəticədə biznes kreditlərinin verilməsi asanlaşdırılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin