Avropada ölkələrində ərzaq müharibəsi baş verə bilər
"İnflyasiya böhranı Avropa ölkələrini ərzaq mübarizəsinə çəkir. Bir sıra ölkələr əsas mallar üçün vergiləri azaldıb".
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının rəhbəri Kristine Laqarde deyib. O bildirib ki, inflyasiya nəticəsində yaranmış böhran kənd təsərrüfatı, məişət xidmətləri və mənzil təsərrüfatı gəlirlərini sıxışdırıb.
"Vergi endirimləri, qiymət məhdudiyyətləri və daha sərt yoxlamalar göstərir ki, Avropada vəziyyət hələ də yaxşı deyil. Çünki hələ Avropa bu nəsil üçün ən pis yaşayış səviyyəsindədir. Bu da böhranla mübarizənin başa çatmadığını göstərir.
Hər bir ölkədə ərzaq məhsulları və qidaya daha çox diqqət ayrılmasını labüd edir. İndi qida daha çox diqqət mərkəzindədir. İnflyasiya azalmağa başlasa da, ərzaq qiymətləri üzərində yüksələn təzyiq möhkəm olaraq qalır. Bu o deməkdir ki, mənzil təsərrüfatları xərclərinin böyük bir hissəsi, həftəlik supermarket qiymətləri getdikcə daha sürətlə bahalaşır.
Bir nümunəyə diqqət yetirək: saysız-hesabsız məhsullarda istifadə edilən şəkərin qiyməti keçən həftə on ildən çox müddətdə ən yüksək səviyyəyə qalxdı" - Kristine Laqarde deyib.
Orxan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay