İsveçrədə inflyasiya üç ayda ən aşağı səviyyəyə enib
İsveçrədə Avropanın bəzi ölkələrindən fərqli olaraq cari ilin ilk rübündə istehlak qiymətlərinin artımı 2,9% səviyyəsində olub.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçılar ölkədəki inflyasiyanın səviyyəsini 3,2% proqnozlaşdırsalar da, hazırkı göstərici proqnozların altında qalıb. Həmçinin iqtisadçılar inflyasiyanın 2025-ci ilə qədər yüksələcəyini proqnozlaşdırırlar.
İsveçrədə keçən ay inflyasiyanın səviyyəsi gözləniləndən daha az olub. Bu, hələ də Mərkəzi Bankın iyun ayında faiz dərəcələrini yenidən artırmasını dayandırmaq üçün kifayət etməyə bilər.
Federal Statistika İdarəsinin bazar ertəsi verdiyi məlumata görə, mart ayında istehlak qiymətləri bir il əvvələ nisbətən 2,9% artıb. Bu, isə orta hesabla "Bloomberg"in proqnozlarından aşağı göstəricidir.
Orxan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay