DİQQƏT! Uşaqlar arasında virus yayıldı
Artıq yaz fəslində olsaq da, son zamanblar uşaqlar arasında müxtəlif növ xəstəliklər yaranıb.
Maraqlıdır görəsən, uşaqları bu virusdan necə qorumaq lazımdır?
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin 2-ci uşaq xəstəlikləri kafedrasının assistenti Sara Mansurova Lent.az-a açıqlamasında bildirib ki, son vaxtlar uşaqlar arasında virus infeksiyaları yayılıb.
Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları müxtəlif əlamətlərlə özünü biruzə verir:
“Bu viruslar uşaqlarda və böyüklərdə yüksək hərarət, boğaz ağrısı və angina formasında müşahidə edilir. Bu xəstəliyə yoluxan uşaq ev şəraitində müalicə oluna bilər. Əks təqdirdə vəziyyəti pisləşsə, xəstəxanaya aparılmalıdır. Hər kəsə məlumdur ki, uşağın immunitet sisteminin güclü olması üçün müəyyən tədbirlər görülməlidir. Profilaktiki olaraq təbii ki, sağlam qidalanmaya üstünlük verilməli, yuxu rejimi normallaşdırılmalı və qapalı məkanlarda çox qalmamalıyıq. İstənilən halda uşağın həm immunitet sistemini, həm də fiziki cəhətdən də möhkəmliyini artırmaq lazımdır. Həmçinin uşağın olduğu otaqda hava tez-tez dəyişilməlidir. Bundan əlavə valideynlərdən çox şey asılıdır. Əgər, bağçada, məktəbdə xəstə olan və ya virusa yoluxan varsa, uşaqları məktəbə və bağçaya göndərməməliyik. Uşağı xəstədirsə, onda virus əlamətləri göstərirsə dərhal həkimə müraciət etməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay