Dünya
31.03.2023 / 11:38
Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək
27412
Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək.
Bu həftə bir sıra ölkələrin nəqliyyat nazirləri Ukraynaya nəqliyyat sahəsində dəstəyin göstərilməsi məsələsi ilə əlaqədar Ukrayna sərhədi yaxınlığında görüşüblər. Ukraynanın infrastruktur nazirinin müavini ilə görüşdə Norveç nümayəndə heyətinin üzvləri 12 sərnişin qatarı verməyə hazır olduqlarını bildiriblər.
Krallığın nəqliyyat naziri Yon-İvar Nyuqarda qeyd edib ki, Ukraynanın öz nəqliyyat infrastrukturunu bərpa və inkişaf etdirməsi, həm ölkədə mühüm sosial funksiyaların dəstəklənməsi, eləcə də azad Ukraynanın Avropa ilə əlaqələri üçün effektiv tədarük zəncirini yaratması çox vacibdir.
Nazirin sözlərinə görə, bu yardım kiçik, lakin çox mühüm töhfədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay