BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
27272

Bu il ləğvetmə prosesində olan “Borçalı” Kommersiya Bankı (KB)“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin tamamlanması gözlənilir.

Bu barədə müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

“Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı artıq müvafiq məhkəməyə müraciət etmişik. “Azərbaycan Kredit Bankı” ASC ilə bağlı ləğv prosesinin yekunlaşdırılmasına dair ərizə isə qısa müddət ərzində məhkəməyə təqdim ediləcək. Bu banklarla bağlı bütün proseslər bitib, öhdəliklər tam icra olunub və bu il artıq ləğv prosesində olan bankların sayının 19-a düşəcəyini gözləyirik”, – deyə A.Cahangirov əlavə edib.

O, bildirib ki, hazırda 21 bank ləğv prosesindədir:

“Bəzən ictimaiyyətdə bankların ləğvinin niyə 10 il və ya daha artıq müddət davam etməsi barədə sual yaranır. 2016-cı ilə qədər Fond yalnız sığortaçı kimi çıxış edirdi. Hansısa bankda sığorta hadisəsi baş verdikdə Fond onun əmanətçilərinə kompensasiya ödəyirdi, ləğvetməyə görə isə maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təyin edilmiş ayrı-ayrı hüquqi şəxlər məsul idi. Fond bu prosesdə iştirak etmirdi.

2017-ci ildən Fonda həm də ləğvedici funksiyası həvalə edilib. 2016-cı ilə qədər “Birlik Bank” ASC, “Borçalı” KB kimi banklar təqribən 6-7 il idi ki, ləğv prosesində idilər. Bəzi hallarda ləğvetmə qənaətbəxş keçirilmir, sənədlərin təhvil-təslimində problemlər yaşanırdı. Fond olaraq biz 5 ildən artıqdır ki, ləğv prosesini davam etdiririk. Əvvəlki dövrlərdən qalan xeyli natamam işlər bizə həvalə edilib. Məlumdur ki, bank müflis olubsa, deməli orada işlər düzgün qurulmayıb. Belə ki, ləğv prosesində olan bir sıra bankların aktiv dövründə ipoteka, kredit əməliyyatlarının düzgün aparılmaması bu gün ləğvetmə prosesini böyük çətinliklərlə üzləşdirib. Hazırda bizim minlərlə məhkəmə işimiz var. Bu proses çox uzun çəkir. Qanunvericilikdə də ləğvetmə prosesinin hansı müddətə yekunlaşması ilə bağlı konkret müddəa yoxdur”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub, “Borçalı” Kommersiya Bankının fəaliyyəti isə 2005-ci ildə dayandırılıb. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin