BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif  Talıbovun tutduğu vəzifədən azad edilməsindən sonra onun yaxın çevrəsinin də neytrallaşdırılmasına start verildi. 

Qaynarinfo xatırladır ki, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetindən tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı, qızı Baharxanım Talıbova "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarıldı və s. Bundan başqa, keçmiş Ali Məclis sədrinə yaxın bəzi vəzifəli şəxslərin, o cümlədən Sədərək Gömrük Postunun rəisi Nicat Mahmudovun karyerasına son qoyuldu. 

Nicat Mahmudovdan sonra belə təəssürat yaranmışdı ki, prosesə ara verilib. Lakin Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun işdən çıxarılması göstərdi ki, Muxtar Respublikanın Talıbov və onun adamlarından təmizlənməsi davam edir. 

Məlumat üçün deyək ki, Elşad Məmmədov 2013-cü ildə Ordubadın icra başçısı təyin olunmuşdu. Ondan əvvəl bu vəzifəni Elşad Əliyev tutub. O, 2013-cü ildə Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatdan sonra Elşad Məmmədov Ordubadın rəhbərliyinə gətirilib və bunda Vasif Talıbovun xüsusi rolub olub. 

Ümumiyyətlə, Naxçıvanla bağlı məlumatlı olan şəxslər deyir ki, Muxtar Respublikada yüksək vəzifə daşıyanlar Vasif Talıbova yaxın ətrafına daxil olan kadrlar olub. Bu baxımdan, Naxçıvanda təmizləmələrin davam edəcəyi şübhəsizdir. 

İddialara görə, paralel olaraq Talıbovun  27 illik fəaliyyəti də araşdırılır. Naxçıvanda onun adamları vəzifələrdən uzaqlaşdırıldıqdan sonra keçmiş Ali Məclis sədrinin fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gələ bilər.
 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər