Səhiyyənin Təminat Mərkəzi yaradılır (FƏRMAN)
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır.
Valyuta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, qurumun “Publik hüquqi şəxslər haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini nazirlik həyata keçirir.
Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.
Nazirlik qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir.
Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay