Səhiyyə
28.02.2023 / 16:47
Mingəçevirdə həkim qadının qarınında tənzif unutdu, cinayət işi açıldı
26953
Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.
Bu barədə Valyuta.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay