Son sutkada neçə nəfər yoluxub?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 828 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 007 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.
Ölkədə son sutka ərzində 1 871, hazırkı dövrədək isə 7 507 868 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə 287 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 92, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 89, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 945 750, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 064, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 041, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 426 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay