BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
26537

Türkiyə, pandemiyadan sonra böyük bir geri dönüş ilə 2022-ci il üçün turizm nəticələrini  və növbəti 5 il üçün strategiyasını açıqladı.

Türkiyə Gömrük İdarəsinin məlumatına əsasən, Türkiyənin 2022-ci ildə qəbul etdiyi turist sayı 51,4 milyonu  keçərək, pandemiyadan əvvəlki 2019-cu ilin rekord göstəricisi olan 51,8 milyonun 99%-ni təşkil edib. Bu rəqəmlə Türkiyə dünyanın 3-cü ən böyük turizm bazarı oldu.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, bu gün ölkənin 2022-ci il üçün olan turizm göstəricilərini açıqlayıb. Ersoy bildirir:  “2022-ci ilin sonuna qədər qlobal turizmin ziyarətçi məlumatları pandemiyadan əvvəlki dövrlə  müqayisədə 65% bərpa olunub, lakin Türkiyə demək olar ki pandemiyadan əvvəlki rəqəmlərə çatıb. Turizm gəlirlərindəki artım daha da qənaətbəxşdir; belə ki, 2022-ci ildə Türkiyənin turizm gəlirləri 2019-cu illə müqayisədə  19% artımla rekord qıraraq 46,3 milyard dollara çatıb. Bu nəticələr pandemiyadan sonra Türkiyənin böyük bir geri dönüş etdiyini təsdiqləyir və 2028-ci ilin sonuna qədər 90 milyon turist gətirəcəyimizə və 100 milyard dollar turizm gəliri əldə edəcəyimizə inanırıq” deyə qeyd edib.

“Türkiyə qlobal tanınma fəaliyyətlərini artıracaq və dayanıqlılığa diqqət yetirəcək”

Mehmet Nuri Ersoy sözlərinə belə davam edib: “Növbəti 5 ildə hədəflərimizə çatmaq üçün bazarın çeşidləndirilməsinə, müəyyən bölgələrimizin və məhsullarımızın qlobal tanınmasına və brendləşməsinə, dayanıqlı   turizm ekosisteminin yaradılmasına diqqət yetirəcəyik. Türkiyə, Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) ilə hökumət səviyyəsində əməkdaşlıq müqaviləsi imzalayan ilk ölkədir. Qlobal Dayanıqlı Turizm Şurası ilə müqaviləmizdə,  2030-cu ilin sonuna qədər 3 addımlı plan nəzərdə tutulur və bu vaxta qədər ölkəmiz 100% dayanıqlı turizm ekosisteminə sahib olacaq. Brendləşmə və qlobal tanınma fəaliyyətlərimiz ildən-ilə artacaq və 2028-ci ilin sonuna qədər ölkəmizin bütün turizm və mədəniyyət təkliflərini dünyaya təqdim edən ümumi 9 destinasiya və 20 məhsuldan ibarət olan alt brendimiz  olacaq. Kommunikasiyada müxtəlifliyi və dayanıqlılığı davam etdirərək, 2028-ci ilə qədər 225 milyon dollarlıq satış kommunikasiyası büdcəsi ilə fəaliyyət göstərəcəyik”.

Türkiyə turizmin təşviqi fəaliyyətlərində müəyyən sahələrə diqqət yetirəcək; İnanc, Qastronomiya, Velosiped Turizminə xüsusi diqqət yetirməklə İdman Turizmi və MICE əsas diqqət çəkən məqamlar olacaq.

Türkiyə ilin 12 ayı ərzində 81 şəhərində turizm təchizatını çeşidləndirməklə yanaşı, Sağlamlıq Turizminə  də diqqət yetirəcək. Arxeoloji cazibə nöqtələri yaradan Türkiyə, dünyanın ən qədim Neolit abidəsi olan Taş Tepeler bölgəsində arxeoloji qazıntıları davam etdirəcək, İzmirdə və Likya Yolu daxilində Side-Antalya, Göreme-Kapadokiya, Bergama və Asklepion ərazilərində yeni arxeoloji parklar açacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin