Bank
01.02.2023 / 10:16
Mərkəzi Bank uçot dərəcəsini artırdı
26493
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub.
"Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - AMB-nin bəyznatında deyilir.
Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay