Rəsmi
04.01.2023 / 16:04
Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubada getdi, şikayətləri dinlədi
26058
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
Valyuta.az xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.
Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik.
Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.
Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.
Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay