Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 965 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.
Ölkədə son sutka ərzində 1 930, hazırkı dövrədək isə 7 420 424 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə 226 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 97, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 16 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 385, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 667, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 535 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay