BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
25853

Rusiyalı rejissor və prodüser Timur Bekmambetov bədii filmlər və reklam çarxları istehsal edən məşhur “Bazelevs” kinostudiyasını satıb. Studiyanın yeni sahibləri baş prodüser Lalə Rüstəmova və kommersiya direktoru Timur Əsədov olub. Bekmambetovun nümayəndəsi satışı təsdiqləyib.

Lalə Rüstəmovanın sözlərinə görə, sövdələşmə kommersiya xarakteri daşıyır və bazar şərtləri əsasında tamamlanıb. 

“Kinostudiyanın yaradıcısı Bekmambetov Rusiya biznesini tamamilə tərk edib, indi studiya onunla muzdlu rejissor və “Xoca Nəsrəddin” cizgi filminin ssenari müəllifi kimi işləyir”, deyə L.Rüstəmova əlavə edib.

Onun sözlərinə görə, Rusiyadakı “Bazelevs” ilk növbədə daxili və MDB ölkələrinin kino bazarına diqqət yetirəcək.

“Biz “Xoca Nəsrəddin” layihəsi üzrə Azərbaycan, Özbəkistan və Qazaxıstanla bir neçə istehsal müqaviləsi imzalamışıq, Tacikistan və Qırğızıstanla danışıqlar aparılır”, deyə kinostudiyanın həmtəsisçisi vurğulayıb.

Bununla belə, o, “Bazelevs”in həmçinin Türkiyə də daxil olmaqla xarici bazarlarda biznesini inkişaf etdirməyi planlaşdırdığını deyib.

“Biz artıq türk istehsalçıları ilə birgə bir neçə layihəyə başlamışıq. Biri animasiya, bir neçəsi bədii filmdir”, deyə o vurğulayıb.

Qeyd edək ki, Lalə Rüstəmova əslən azərbaycanlıdır.

“Mən Moskvada doğulub böyümüşəm. Ancaq Azərbaycan - atamın doğulduğu yerdir. Bir neçə dəfə ora birlikdə getmişik”, deyə Rüstəmova müsahibələrinin birində deyib.//oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin