Yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 184, bu günə qədər isə ümumilikdə 7 405 485 test icra olunub.
Ötən sutka 501 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 176, ikinci doza vaksinlərin sayı 65 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 228-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 32 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 927 626 olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay