BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
25680

Yeni il ərəfəsində qiymətlərin, xüsusən də ərzaq məhsullarının bahalaşması gözlənilirmi?

Hazırda bu sual birmənalı cavab gözləyir. Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq qiymətlərinin artması səbəblərini açıqlayarkən qeyd edib ki, qlobal təchizat zəncirində qırılmalar müşahidə edildiyindən bu, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb.

“Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. Azərbaycanda il ərzində 13,8% inflyasiya qeydə alınıb, bunun da 60 faizi ərzaq inflyasiyasının payına düşüb”, - deyə, hökumət rəhbəri əlavə edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 14%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb. Proses noyabr ayı ərzində də davam edib. Ümumiyyətlə, bu il bahalaşma ili oldu. Əsas səbəb də qlobal tendensiya sayılır.

O ki qaldı bayramlar ərəfəsində ölkədə qiymətlərin qalxmasına, qeyd etmək lazımdır ki, bu, ənənə xarakteri daşıyır. Bu, daha çox ərzaq məhsullarına aiddir. Belə ki, hər bayram ərəfəsində müxtəlif yarmarkalar, satış sərgiləri təşkil edilsə də, qiymət artımının qarşısının alına bilmədiyi görünüb. Bu da təbiidir, ona görə ki, bayramlar ərəfəsində tələb artır və bu da təklifi həyata keçirənlər üçün əlavə fürsətlər yaradır. Nəticədə, hətta süni bahalaşma da belə qaçılmaz olur. Odur ki, qarşıdan gələn yeni il ərəfəsində də müəyyən qiymətlərdə artımların olacağı qaçılmaz görünür. Məsələn, hazırda düyü ümumiyyətlə bahadır, Pakistandan idxal olunan düyüyə dair gömrük rüsumunun götürüləcəyinə rəğmən, yenə bu məhsul üzrə qiymət artımına meyil var. Həmçinin, ət, yağ və digər məhsullarda da eyni tendensiya müşahidə edilir.

Yəni, bahalaşma prosesi onsuz da səngiməyib və bunun bir az da sürət əldə etməsi üçün yeni il ərəfəsi bir fürsətdir. Əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisarçı xarakterli sahələr üzrə qiymət artımı və inflyasiya prosesi əlavə sürət əldə etmək üçün bəhanə axtarmaqdadır. Bu, normal hal deyil. Hələ indidən pusquda duranlar var ki, yanvardan pensiya və maaşlar, o cümlədən bir sıra sosial ödənişlər artırılacaq. Təkrar edirəm, rəsmi olaraq inflyasiyanın səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir və yeni il ərəfəsində istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır.

Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün cari ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan lazımi səviyyədə istənilən nəticəni vermədi. Ona görə ki, antiinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasəti alətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir. 

Pərviz Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin