
22.11.2022 / 14:44
Azərbaycanda bu rüsum ləğv edilir
25380
Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin əhatə dairəsi azaldılır.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət rüsumunun tutulmalı olduğu hərəkətlər azaldılır.
Belə ki, depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün tutulan 1500 manat və çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün) tutulan 2 manat rüsumun ləğv edilməsi təklif edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay