BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
24954

Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatı təqdim olunub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatının təltifetmə mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.

Bağdad Amreyev noyabrda Səmərqənddə keçiriləcək TDT-nin Zirvə Toplantısında yeni bir mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib:

“Bunun arxasında xalqlarımızın iradəsi və təşkilatın üzv ölkələri liderlərinin qərarlığı dayanır”.

TDT-nin Baş katibi həmçinin pandemiya dövründə təşkilat tərəfindən məqsədyönlü və uğurlu addımların atıldığını diqqətə çatdırıb.

Öz növbəsində çıxış edən Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib ki, COVID-19 pandemiyası səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu:

“Böyük Türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla birgə daha da güclüyük. Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə öndə oldular. Pandemiya səhiyyə sisteminin güclü olmasının vacibliyini göstərdi. İstehsal gücümüzü birləşdirərək, öz dərman və tibbi ləvazimatlarımızı istehsal edə biləcək böyük ailə olmalıyıq. 20 ildə Türkiyə səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır - şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya ölkələri tərəfindən təqdir olunur”.

VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatın təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik:

“Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlər deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük”.

COVID-19 pandemiyasının ortaya çıxdığı problemlər haqqında danışan Türkiyə Prezidenti insanlığı bu bəladan qurtarmaq üçün göstərilən səylərdə İbn Sinanın verdiyi tövsiyələrin ortaya çıxdığını qeyd edib:

“Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi göstərilən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük. Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsiləylə həyata keçirməliyik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatını təqdim edib.

Daha sonra qonaqlar Türk Tibb Dünyası Konqresi ilə paralel olaraq keçirilən “Türk dünyası səhiyyə biznes sərgisi”nin stendləri ilə tanış olaraq, sərgidə iştirak edən şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları barədə söhbət ediblər.

Sonda səhiyyə naziri Teymur Musayev Azərbaycan KİV nümayəndələrinin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin