BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
24899

Azərbaycanda xüsusi karantin rejimi bu ilin sonuna kimi davam edəcək. Ötən gün baş nazir Əli Əsədovun imzaladığı sərəncamla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.

Son günlər ölkə üzrə yoluxma sayının kəskin azalmasını nəzərə alsaq, karantin rejiminin vaxtının uzadılması sual doğurur.  

Karantin müddətinin uzadılmasının səbəbi nədir? 

Məsələ ilə bağlı Modern.az-a danışan TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, karantin müddətinin uzadılması dünyadakı vəziyyətlə bağlıdır.

"Ümumdünya Səhiyyə Təşkilatı dünyaya koronavirus təhlükəsinin tamamilə bitdiyini elan etməyincə, Azərbaycan da daxil olmaqla, dünya ölkələri karantin müddətini uzadacaq. Axı, bu pandemiyadır və bir ölkəni əhatə etmir. Hansısa ölkədə yoluxma hallarının olması digər ölkələrə təsirsiz ötüşə bilməz. Beləliklə, hər hansı addım atmadan əvvəl dünyada gedən prosesləri nəzərə almaq lazımdır”, - həkim vurğulayıb.

V.Əliyevin sözlərinə görə, insanlar karantin müddətinin uzadılmasını səhv başa düşür:

"Əslində, Azərbaycanda karantin müddətinin uzadılması əvvəlki kimi ciddi məhdudiyyətlərlə müşahidə edilmir. Nə toplaşma məhdudiyyəti, nə də maska tələbi var. Bir çox qapalı məkanlara maskasız girmək mümkündür. Sadəcə olaraq vaksin olunmaq tövsiyə edilir”.

Həkim onu da vurğulayıb ki, bu müddət ərzində ciddi karantin qaydalarının tətbiq edilməsi gözlənilmir:

“Mən ölkədəki vəziyyəti çox stabil və qənaətbəxş hesab edirəm. Yüksək yoluxma riskinin aşağı olduğunu düşünürəm. Mövcud durumda dəyişiklik olmadıqca, əvvəllər tətbiq edilən karantin qaydaları geri qaytarılmayacaq. Ancaq biz yenə də, ehtiyyatlı olmalıyıq. Hətta deyərdim ki, ABŞ prezidenti Co Bayden yenidən peyvənd olunub. Bu da onu göstərir ki, dünyadan təhlükəli vəziyyət tam sovuşmayıb”.

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 36 yeni yoluxma faktı aşkarlanıb, 43 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin