Yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb..
İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, hazırda 309 aktiv xəstə var. Bu günə qədər 9 942 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 7 313 756 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 863 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 909 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 115, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 891 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay