BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
24485

Məhərrəm ayı başa çatandan sonra toyların keçirilməsi davam edir. Maraqlıdır, müğənnilər toy məclislərinə nə qədər qiymətə gedir? Bunu araşdırmağa çalışmışıq.

Müğənnilərin toy qiymətlərini sizə təqdim edirik:

“Kolizey” şadlıq sarayının əməkdaşının saytımıza verdiyi məlumata görə, əvvəlcə toy sahibləri günü təyin edəndən sonra restoranın əməkdaşları müğənninin prodüsseri ilə əlaqə saxlayır. Müğənninin həmin gün məclisdə iştirak edə biləcəyi barədə məlumat əldə edirlər. Bundan başqa, həftənin günlərindən də asılı olaraq, qiymət dəyişikliyi ola bilər. Belə ki, bazar ertəsi bütün restoranlar boş olur. Restoran boşdursa, deməli, müğənni də təşkil etmək asan olur. Yəni, filan müğənni bazar günü toyu 1 saatı 5 min manata oxuyursa, bazar ertəsi 3-4 min manata oxuyur.

Bu yaxınlarda toy edən Nigar adlı xanım Lent.az-a deyib ki, toyda oxuyan müğənnini şadlıq sarayının təşkilatçı əməkdaşları təşkil etmişdi. Yəni, müğənninin aldığı qonorar toy sahiblərinin restorana ödədiyi məbləğin daxilində idi.

Bundan başqa, Bakıda şənliklərin təşkilatçısı kimi fəaliyyət göstərən Sevil Ağazadə deyir ki, toy sahibinin istəyinə uyğun müğənni seçilir:

“Ən populyar müğənnilər ansamblla bir yerdə bütün toyu 15-20 minə oxuya bilər. Nişan, xınayaxdı mərasimlərinə müğənnilər nadir hallarda dəvət olunur. Səbəbi isə həm fonoqram oxuduqlarına görədir, həm də toy yiyəsinə qiymət sərf etmir”.

Keçək qiymət siyahısına:
Zahidə Günəş – yarım saatı 200 manata;
Elton ansamblla birgə – bir saatı 2 min manata;
Dana Dürdana – bir saatı 1500, bütün toyu 3 min manata;
Aynur Dadaşova və İzzət Bağırov da eyni qiymətə oxuyur;
Rüfət Axundov – bir saatı 2 min, bütün toyu 4 min manata;
Türkan Vəlizadə – bir saatı 2500, bütün toyu 5 minə oxuyur;
Şəbnəm Tovuzlu – bir saatı 3 min, bütün toyu 6 min manata oxuyur;
Xatirə İslam – yarım saat tək ifa 3 min 500 manat, öz ansamblı ilə bütün toy 10 min manata;
Damla – yarım saat 2 min manata;
Sevda Yəhyayeva – yarım saat 3 min manata;
Namiq Qaraçuxurlu – yarım saatı 3 min manata;
Könül Kərimova – yarım saatı 3 min manata, ansambl ilə 8 min manata oxuyur;
Xalq artistləri Röya Ayxan və Aygün Kazımova toyda yarım saata 8 min manat qazanırlar;
Xalq artisti Faiq Ağayev və Sevil-Sevinc bacıları yarım saatı 4 min manata, bütün toyu 8 min manata oxuyur;
Abbas Bağırov ansamblla birgə bütün toyu 20 min manata oxuyur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin