Maraqlı
05.10.2022 / 11:45
AFFA Canni De Byazinin maaşını artırdı (MƏBLƏĞ)
24429
AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verdi. İK italiyalı mütəxəssislə müqavilə yenilədi və onun daha bir seçmə mərhələdə millimizin baş məşqçisi vəzifəsini icra edəcəyi dəqiqləşdi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Millətlər Liqasının son 3 matçında seçməyə qələbə qazandıran De Byazinin maaşı da artırılacaq.
Daha öncə illik təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay