İçkili halda maşın sürən azərbaycanlı Türkiyədə trend oldu (FOTO/VİDEO)
İçkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılan azərbaycanlı Türkiyədə gündəm olub.
Qaynarinfo-nun məlumatına görə, Türkiyədə 41 yaşlı azərbaycanlı sürücü Coşqun A. “Tofaş” marakalı avtomobili içkili halda idarə etdiyi üçün polis tərəfindən saxanılıb.
Əvvəlcə əlinə alkotester verilən sürücü üfürmək istəməyib və bu sözləri deyib: "Qardaş, icazə ver səhərə qədər yatım, sonra bunu edərəm də".
Polisin iradından sonra alkotesterə üfürən sürücüdə 1,62 promil spirtli içki aşkarlanıb.
Cərimə olunacağını eşidən Coşqun A. bu dəfə avtomobilini axtaran polisə “Ayıb olsun. Mən azərbaycanlıyam” deyərək reaksiya verib. Polisin "Niyə içki içib maşın sürürsən?" sualına isə “Toydan gəlirəm” cavabını verib.
Bu zaman jurnalistlərə əsəbiləşən sürücü “Çəkməyə ehtiyac yoxdur. Onlara deyirəm azərbaycanlıyam, amma keçmirlər” deyərək əli ilə kameraların obyektivini örtmək istəyib.
Qeyd edək ki, dindirilmə zamanı sürücülük vəsiqəsi olmadığı üzə çıxan 41 yaşlı Coşqun A. sərxoş halda avtomobil idarə etdiyinə görə 823 lirə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 3 min 674 lirə, ümumilikdə 5 min 497 lirə cərimə kəsilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay