BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
24334

Sentyabrın 28-də Rabitəbank ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və DİA-nın rektoru Urxan Ələkbərov imzalayıblar.

Yarandığı tarixdən etibarən təhsilin inkişafına xüsusi diqqət göstərən Rabitəbank-ın əməkdaşlıqda məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək olmuşdur.

Memorandum çərçivəsində çıxış edərkən Aydın Hüseynov bildirib ki, “Rabitəbank gənclərin gələcəyinə töhfə verməyə çalışır. Buna görə də təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıqlar bizim üçün önəmlidir. DİA ilə əməkdaşlığımız çərçivəsində həm tələbələr, həm də bankın əməkdaşları bir çox xüsusi imtiyazlardan yararlana biləcəklər. Qeyd etmək istərdim ki, memorandumun nəticəsi olaraq bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin Rabitəbankın müvafiq struktur bölmələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi, tələbələrin elmi-tədqiqat işlərinin aparılması üçün Rabitəbank tərəfindən müvafiq şəraitin yaradılması və bu kimi bir çox tədbirlər nəzərdə tutulmuşdur.”

“Bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu mövzuda isə böyük maraqlarımızdan biri təcrübəli şirkətlərlə əməkdaşlıqlardır. Rabitəbank-la əməkdaşlığımızın uğurlu olacağına inanır, gələcəkdə əməkdaşlığın daha da genişlənməsi üçün müxtəlif tədbirlər görməyi planlayırıq.” – Urxan Ələkbərov bildirib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin