Yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.
Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 1 385 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 596, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 130 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 878 480, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 579, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 373 434, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 821 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay