Son sutkanın yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, 9 843 nəfər vəfat edib, aktiv xəstə sayı 3 027 nəfərdir.
Ölkədə son sutka ərzində 3 772, hazırkı dövrədək isə 7 184 639 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 1326 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 342, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 692, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 869 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 998, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 369 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 031 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay