Bank
02.09.2022 / 11:32
Azərbaycanda mobil operator bank bazarına girməyə hazırlaşır
23864
Azərbaycanda mobil operator bank bazarına girmək niyyətindədir. Valyuta.Az banker.az-a istinadla xəbər verir ki, bu dövlətin nəzarətində olan Azercell şirkətidir.
Şirkət, öz bank kartının buraxmağı planlaşdırır və hazırda onun üzərində iş gedir. Operatorun buraxacağı kart daha çox elektron ödənişlərin edilməsi, telefon balansının artırılması və digər elektron əməliyyatlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Azercell-in ABB ilədə kobrend kartı olmuşdur. Lakin bu kart artıq mobil operatorun öz adı ilə buraxılacaq. Yeni kartın adı hələki “Rəqəmsal kart” olaraq təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay