“Ericsson” şirkəti Rusiyanı tərk edir
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti yaxın aylarda Rusiyadakı fəaliyyətini məhdudlaşdıracaq.
Bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Biz qarşıdakı aylarda müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirdiyimiz üçün “Ericsson”un Rusiyadakı fəaliyyətini tədricən məhdudlaşdıracaq", - şirkət bildirib.
“Ericsson” həmçinin qeyd edib ki, 2022-ci ilin aprelində Rusiyada kommersiya fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırıldığını elan etdikdən sonra şirkət bu qərarın müştərilər və işçilərlə həyata keçirilməsi üçün çalışıb.
Bununla yanaşı, əlavə edilir ki, bütün rusiyalı işçilər maddi və sosial dəstək alırlar. Şirkətin Rusiyadakı heyətində 400-ə yaxın əməkdaş var.
Bundan əlavə, mətbuat xidməti bir çox işçilərin artıq ödənişli məzuniyyətdə olduğunu bildirib.
Agentliyin yaydığı hesabata görə, Rusiyanı tərk etmək “Ericsson”a 130 milyon ABŞ dollarına başa gəlib. //Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay