Dünya
26.08.2022 / 14:56
Rusiya ABŞ-la ticarətdən ayda bir milyarddan çox qazanır
23772
Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.
Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.
Məlumata görə, son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partoyada ağac, metal, rezin və digər mallar göndərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır.
Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O’Braynın bu rəqəmləri belə izah edib:
“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”. //oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay