Bank
11.08.2022 / 12:51
Valyuta hərracında bankların dollara tələbi azalıb
23530
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15,4% azalıb. Ötən hərracda tələb 46,1 mln. ABŞ dolları olub.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay