Rusiya blokadasından sonra ilk dəfə taxıl gəmisi Ukrayna limanını tərk etdi
Ukrayna taxılını daşıyan gəmi bazar ertəsi səhər Odessa limanından Livana doğru yola çıxıb.
Valyuta.az “Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyindən məlumat verilib.
26 min ton qarğıdalı daşıyan Sierra Leone bayraqlı “Razoni” gəmisi Türkiyə və Birləşmiş Millətlər Təşkilatının rəhbərlik etdiyi Ukrayna və Rusiya arasında həftələrlə davam edən danışıqlardan sonra nəhayət dənizə çıxıb.
Bu, Rusiyanın işğalı başlayandan bəri ilkdir.
Rusiya müharibə başlayandan bəri Ukrayna limanlarını mühasirəyə alaraq, dünya miqyasında taxıl qıtlığını alovlandıraraq BMT-nin yaxınlaşan aclıq fəlakəti barədə xəbərdarlıq etməsinə səbəb olub.
"Ukrayna tərəfdaşlarımızla birlikdə dünyada aclığın qarşısını almaq üçün bu gün daha bir addım atdı",- Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib.
Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi verdiyi açıqlamada prosedurların artıq tamamlandığından daha çox gəminin limanları tərk edəcəyini bildirib.
Ukraynanın infrastruktur naziri bildirib ki, Rusiya işğalı başlayandan bəri Ukrayna limanlarında 16 yüklü gəmi qalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay