BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
23339
Deyir ki, potensialın varsa, onu ortaya qoya biləcəyin mühitdəsənsə, hədəflərinlə bağlı daha uğurlu olursan. Bu ikisinin birləşməsindən doğru şəkildə yararlanmaq üçün isə insanın özündən çox şey asılı olduğunu düşünür: "Fürsətləri görmək və onları dəyərləndirməyi bacarmaq da önəmlidir”. Müsahibimiz hazırda Amerikada təhsil alan və "Fürsətlər ölkəsi”nin fürsətlərini dəyərləndirməyə çalışan "Major League Hacking” (MLH) – Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısında yer alan azərbaycanlı tələbə Firəngiz Qənbərlidir.
 
Bildirək ki, Firəngiz ən yaxşı 50 nəfərin siyahısına 18 ölkədə kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. ABŞ-ın Kanzas Universitetində kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz, "HackKU-2021” və "HackKU-2022” müsabiqələrinin təşkilatçısı da olub. Hazırda "Microsoft” şirkətində təcrübəçi olan F.Qənbərli, eyni zamanda Kanzas Universiteti Kompüter Mühəndisləri Assosiasiyasının prezidenti və "Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.
 
"20 universitetə müraciət etmişdim, hamısından da qəbul almışdım”
 
- Amerikada təhsil çox gəncin arzusudur. 
- Əsas istəyim yaxşı təhsil almaq idi. Düzdür, orta məktəbdə oxuyanda Amerikaya səyahət etmişdim. Amma Amerikada təhsil almaq üçün xüsusi hədəfim yox idi. Bu ölkə ilə yanaşı Kanada, Niderland, Belçika, Finlandiya, Çin kimi dövlətlərin haradasa 20 universitetinə müraciət etmişdim, hamısından da qəbul almışdım.  
 
- Bakalavr üçün çox adam xaricdə təqaüdlü təhsil qazana bilmir. Orta məktəb dövrünü necə keçirdiniz ki, universitetlərin hamısından qəbul aldınız?
- Orta məktəbdə beynəlxalq İB proqramı ilə təhsil alırdım. İlk önəmli məsələ bu proqramda nəticələrim idi. Amerikadan danışsaq, orta təhsil müddətində dərsdən əlavə fəaliyyətlərinə, təqaüdlərin varsa, ona önəm verirlər. Avropa ölkələrinin universitetləri də dərsdən əlavə fəaliyyətlərinə, sertifikatlarına, yarışlarda iştiraklarına baxırlar. Mən özümlə bağlı vacib hesab etdiyim məqamları müraciətdə qeyd etmişdim. Məsələn, orta məktəb vaxtı basketbol oynayırdım. Dərsdən sonra isə 6-7-ci sinif qızlarına basketbol dərsi keçirdim. Məktəblərarası riyaziyyat olimpiadalarında iştirak etmişdim. Təbiət elmləri sərgisində eksperimentimlə birinci yeri qazanmışdım. Könüllü kimi fəaliyyətim də olmuşdu, debatlarda iştirak etmişdim.
 
"Bu sahəyə marağım riyaziyyatdan başladı”
 
- Məktəb vaxtı bu aktivliyin səbəbi nədən qaynaqlanırdı?
- İki faktorun – özümün və məktəbin birləşməsi idi. Məktəbdə şagirdlərin aktiv fəaliyyətinə önəm verilirdi. Bir müəllim gəlirdi ki, filan məktəbdə debat var, kim iştirak etmək istəyir? Filan məktəbdə yarış var və s. Müəllimlər bizə xəbər verirdilər, artıq gedib-getməmək özümüzə bağlı idi. Mən də çoxuna "hə” deyirdim.
 
- Kompüter elmlərini seçməyiniz necə oldu?
- Bu sahəyə marağım riyaziyyatdan başladı. Sonra özümə sual verdim ki, istifadə etdiyimiz kompüter texnologiyalarının hansı tərəfində yer almalıyam? Sadəcə istifadəçi olmaq istəyirəm, yoxsa istehsalçı? Yalnız istifadəçi olmaqla kifayətlənmək istəmədim.
 
"Stereotipləri qırmaq asan deyil”
 
- Azərbaycanda İT sahəsində daha çox bəyləri görürük. Təhsil aldığınız universitetdə auditoriyada bu cəhətdən vəziyyət necədir?
- Kompüter elmləri sahəsinə xanımların gəlişi Azərbaycana baxanda Amerikada yaxşıdır, amma burda da o cəhətdən vəziyyət möhtəşəm deyil. Proqramlaşdırma dərsində 80 nəfərdən 5-i qızdır. Düşünülür ki, mühəndislik, xüsusilə kompüter elmləri daha çox bəylər üçündür, qızlar bu sahədə çox da uğurlu olmurlar və s. Stereotipləri qırmaq asan deyil, həm də vaxt lazımdır. Amma unutmayaq ki, kompüter alqoritmini ilk yaradan şəxs qadın olub. Orta məktəbdə uşaqlara layihələr aparıram, qızlara dərs keçirəm. Maraqları var, qabiliyyətləri də əladır.
 
- 2-ci kursu başa vurubsunuz, hazırda "Microsoft”da təcrübə keçirsiniz. Aldığınız təhsil iş mühitinə düşmək üçün kifayət etdimi?
- Amerikada kompüter elmləri sahəsində universitetdən aldığım dərslər təcrübəyə başlamaq üçün kifayət etdi, amma tam iş mühitinin içinə düşmək üçün, təbii ki, yetərli deyil. Davamını gətirmək üçün gərək özün layihələr hazırlayasan, kodlaşdırmaya, proqramlaşdırmaya həvəsin olsun, yarışlarda iştirak edəsən, əlavə nələrsə öyrənəsən.
 
"İş mühitində daha çətin kodlar yazılır”
 
- "Microsoft” təcrübəsi sizə nə qazandırıb?
- "Microsoft” ilk təcrübə yerimdir. 3-cü aydır ki, burdayam. Texnologiya komandasında işlərin necə getdiyini bilmirdim. Bu cəhətdən iş mühitini öyrəndim. Yaxud dərsdə kod yazırsan, professor yoxlayıb qiymət verir. İş mühitində bir neçə insan həmin koda baxır, fikir bildirir. İş mühitində daha çətin kodlar yazılır, bunları öyrənməyə başladım. Mənə bir layihə verilib, onun üzərində işləyirəm. Hamısı yeni bilik və bacarıqlar öyrədir, iş dünyasına hazırlayır.
 
- Bu günə qədər bir neçə hakaton müsabiqələrinin qalibi olubsunuz. Hakaton müsabiqələrində iştiraka nə zaman başladınız?
- Hələ məktəb vaxtı hakaton yarışlarına qatılmaq istəyirdim. Amma şagirdlər üçün belə yarışlar bizdə yox idi. Amerikada iştirak etmək üçün isə bu ölkəyə getmək lazım idi. Pandemiya başlayan il Amerikada bu yarışlar onlayn keçirilməyə başladı. Mən də həmin vaxt onlayn olaraq Amerikadakı hakatonlarda iştirak etməyə başladım. Bura gələndə də canlı iştirak etdim.
 
- Bu yarışlara sizdə maraq yaradan nədir?
- Hakatonlar qısa müddət - 24-36 saat arası olur. Bir neçə tədbir bir yerdə olur və çox maraqlı bir iş ərsəyə gəlir. Hakatonlara karyerası uğurlu şəxsləri çağırırlar, vebinar keçirlər. Komanda yoldaşlarını əvvəldən tanımırsan, tanımadığın adamlarla bir yerdə layihə hazırlayırsan, kod yazırsan. Sosial iş kimi bu da maraqlıdır. Üstəlik, hakaton bitəndən sonra əlində komanda şəklində işləmək bacarığını göstərən bir layihə olur.
 
- Sizcə, Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısına hansı kriteriyalara əsasən düşübsünüz?
- Əsas olaraq, sadəcə texnologiya sahəsinə başlamaq haqqında maraqlı hekayəsi olan insanları seçirdilər. Məncə, onlara, hakatonlara Bakıda başlayıb sonra burda yarışların təşkilatçısı olmağım maraqlı görünmüşdü. 
 
Mənbə: "Kaspi" qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin