BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
23237

Azərbaycan bankları cari ilin ikinci rübünün nəticələrini açıqlayıblar.

Valyuta.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 24-nün həmin dövrü qazancla başa vurduğu və yalnız iki bankın zərər etdiyi məlum olub.

Ən böyük mənfəət əldə edən banklar sırasında Azərbaycan Beynəlxalq Bankı (118,4 milyon manat), “Kapital Bank” (127 milyon manat), eləcə də sabiq Milli Bank rəhbəri Elman Rüstəmovun olduğu iddia edilən “Bank Respublika” (38.8 milyon manat) var. Ən kiçik mənfəəti "Premium Bank" (78 min manat) və "Gunay Bank"”88 min manat) açıqlayıb.

Zərər açıqlayan 2 bank isə “Bank BTB” və Pakistan Milli Bankının Bakı filialıdır. İkincinin zərəri 271 min manat olub. “Bank BTB” isə nə az, nə çox - 5.3 milyon manat zərər etdiyini bəyan edib.

Səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA Prezidenti olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus olan “Bank BTB”-nin maliyyə hesabatlarından belə qənaət yaranır ki, bank batmaq üzrədir. Bankın ötən il üzrə rəsmən elan etdiyi hesabatlar da onun zərərlə işlədiyini əks etdirir. Məsələn, ötən il bankın xidmət haqlarıyla bağlı gəlirlər təqribən 2 dəfə aşağı düşüb. Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalıb. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər...

Qeyd edək ki, “Bank BTB”-nin 2021-ci ilin 1-ci rübünə aid maliyyə göstəriciləri də ürəkaçan deyildi. Belə ki, bankın rəsmi hesabatına görə, onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalmışdı. Ümumilikdə isə bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərərlə başa vurub və bununla da onun təkcə ötən ilin əvvəlinə yığılmış zərəri 12 milyon manata çatmışdı.

Yeni hesabatlardan isə belə görünür ki, zərər arta-arta gedir. Hansı ki, bu bank Ramiz Mehdiyevin Prezident Aparatına rəhbərlik etdiyi dönəmdə ardıcıl olaraq, xalis mənfəət əldə edir və kapitalını artırırdı. Sual olunur ki, bankı iflasa aparan səbəb nədir? Nədən bankların demək olar hamısı qazanc etdiyi halda, “Bank BTB” zərər açıqlayır?

Məsələ ondadır ki, əksər bank mütəxəssisləri, ekspertlər bankların rəsmi maliyyə hesabatlarına böyük şübhə ilə yanaşırlar və qeyd edirlər ki, çox vaxt bu hesabatlar bankların real durumunu əks etdirmir. Məsələn, sabiq Vergilər naziri Fazil Məmmədovun “Atabank”ı son günə qədər guya mənfəətlə işlədiyini bildiridi. Lakin günlərin birində bankın müflis olduğu üzə çıxdı və əmanətçilər çox ciddi problemlərlə üz-üzə qaldılar. Odur ki, “Bank BTB”-nin kimə məxsus olduğu nəzərə alınsa, iki ildir ardıcıl olaraq zərər hesabatının verilməsi kifayət qədər müəmmalı görünür. Çünki bu bank vaxtilə ən azından ortabab banklar sırasında liderlərdən biri sayılırdı.

İndi bankın guya ziyan etdiyi barədə təəssürat yaradılmasının nəyə xidmət etdiyini isə demək çətindir. Ən azından bununla da bilərəkdən guya Mehdiyevlərin biznes imperiyasının çöküşü və ümumilikdə Ramiz Mehdiyevin əvvəlki təsir gücünün, həmçinin maliyyə imkanlarının qalmadığı, müflis olduğu görüntüsü yaradıla bilər. Ancaq Azərbaycanda buna inanacaq sadəlövh adamların da çox olmadığı birmənalıdır…

Qeyd edək ki, Bank ”BTB" ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir. Lakin təbii ki, Mehdiyevlərin biznesi təkcə bunlarla bitmir…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin