BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
23192

Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrasına başlanıb.

Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 19 iyul tarixində “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalanıb.

Qeyd olunan Fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Solana"nın qiyməti artır - Altcoinlər yüksəlir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin