BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
23158

Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti ucuzlaşmaqdansa, bahalaşıb. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 1,50 qəpikdən 4 manata qədər dəyişir.

Mövsümü olmasına baxmayaraq, pomidorun qiymətindəki bu artım alıcıların narazılığına səbəb olur. Bundan əlavə, bəzi yerlərdə ümumiyyətlə pomidor qıtlığı yaşanır.

Maraqlıdır, buna səbəb nədir? Niyə pomidorun qiyməti son günlərdə bu qədər artıb?

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, pomidorun Rusiya bazarına son günlər kəskin artımı daxili bazarda çatışmazlıq yaradır: 

“Azərbaycanda ümumi inflyasiya yüksək olduğu üçün, yəni hər bir sahədə qiymət artımı baş verdiyi üçün kənd təsərrüfatı ilə məşğul olan insanlar da məcburən qiyməti artırmalıdırlar. Artırırlar da. Çünki onlar əldə etdikləri gəlirlərlə başqa ərzaq məhsulları almağa məhkumdurlar. Yağın, ətin, unun, düyünün, yəni hər şeyin qiyməti qalxırsa, qeyri-ərzaq məhsulları da bahalaşırsa, kənd təsərrüfatı ilə məşğul olan insanlar öz məhsulunun qiymətini artırmaya bilməz. Bu, ümumi inflyasiyanın tərkib hissəsidir.

İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti xaricə ixracı daha da stimullaşdırmağa çalışır. Yəni kənd təsərrüfatı məhsullarının xaricə satışı daha çox önəm kəsb edir, ona görə də, xaricə satılan məhsulların həcmi artır. O cümlədən pomidorun Rusiya bazarına son günlər kəskin artımı müşahidə olunur. Rusiya əvvəllər müəyyən məhdudiyyətlər qoymuşdu. İndi o məhdudiyyətləri götürüb və Azərbaycan daha çox pomidor ixrac edir. Bununla da daxili bazarda çatışmazlıq yaranır. Yəni bizim istehsal sahəsində imkanlarımız o qədər böyük deyil ki, həm daxili bazarı tam təmin edəsən, həm də xarici bazarda müəyyən qədər ixracatı artırasan. Bunun da həm qiymət artımında, həm də daxili bazarda mal və məhsulunun azalmasında öz payı var”.

Məsələ ilə bağlı "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev verdiyi açıqlamada bildirib ki, artıq istixana pomidorlarının mövsümü qurtarıb:

“Bu, bir də oktyabr ayında başlayacaq. Bundan əlavə, gübrələrin, bitki mühafizə preparatlarının qiyməti, texnikaların qiyməti, işçilərin maaşları və yanacaq bahalaşdı. Bunlar hamısı son məhsulun maya dəyərində də öz əksini tapır.

Açıq sahədən pomidor təzə çıxır. 10 günə kütləvi şəkildə yetişəcək və qiymətlər düşəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin