Azərbaycanda yoluxma niyə artır, karantin gözlənilirmi? - Rəsmi cavab
"İlin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır”.
Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki “Omikron” ştamı sürətlə yayılır”.
Təyyar Eyvazov bildirib ki, koronavirusun “Delta” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verirdi. Bu variantda insanların xəstəliyi daha ağır keçirdiyini vurğulayan infeksionist qeyd edib ki, hazırda bu ştama demək olar ki, rast gəlinmir. Nazirlik rəsmisinin sözlərinə görə, bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir.
Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub: “Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.
Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.
Təyyar Eyvazov həmçinin qeyd edib ki, Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay