Xidmət
19.07.2022 / 18:25
İdarə Heyətinə xanım sədr təyin edildi
23093
“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi “OBA Market”in rəhbəri dəyişir.
“OBA Market” MMC-nin İdarə Heyətinin sədri olan Vüsal Şərifov vəzifəsindən çıxıb. Onu bu vəzifədə Natəvan İbrahimova əvəz edəcək.
N.İbrahimova ana şirkət olan “Veysəloğlu”da 2014-cü ildən 2018-ci ilə qədər baş maliyyə inzibatçısı kimi çalışıb. 2018-ci ilin noyabrından isə “Veysəloğlu”nun İdarə Heyətinin üzvidir.
“OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Mənbə: Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay